Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Baş nazirin müavini: “Bəzi müsəlman dövlətləri hələ də ermənilərə yardım edir”

Komitə sədri müsəlman ölkələrinə sərt ismarış göndərdi.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 İyun – Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İslam ölkələrinin ünvanına sərt ifadələr işlədib.

Ə.Həsənov deyib ki, Azərbaycanda məcburi köçkün gənclər arasında hərbi təhsil almaq meylləri də güclənib: “Əgər 10 il əvvəl hərbi məktəblərdə 20 məcburi köçkün gənc təhsil alırdısa, bu gün hərbi məktəblərdə təhsil alan gənclərin sayı 276 nəfərə çatıb”.

Dövlət Komitəsinin sədri bu gün ermənilərin Şuşa məscidində donuz saxladığını nəzərə çatdırıb: “Ancaq bəzi müsəlman dövlətləri hələ də ermənilərə yardım edir. Bu, necə müsəlmançılıqdır?”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...