Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BAŞ YEPİSKOP HƏDDİNİ AŞDI: “Kipr türkləri dinlərini dəyişdirən xristianlardır”

Hristosmosdan türklərlə bağlı nifrət dolu açıqlamalar…

Cənubi Kipr Rum Rəhbərliyinin Baş Yepiskopu Hristosmos türklərlə bağlı nifrət dolu açıqlama verib.

Din.az xəbər verir ki, o, türklər üçün “iqtisadi təzyiqlərdən dolayı dinlərini dəyişdirmək məcburiyyətində qalan xristian yunanlardır” deyib.

“Müsəlmanlaşdırılmış yunanlar…”

Şimali Kipr Türk Cümhuriyyəti ilə Yunan hökuməti arasındakı “Müsəlmanlaşdırılmış yunan” davası böyük müzakirəyə səbəb olduğu halda, müzakirələrin ən böyük səbəbkarlarından olan Baş Yepiskop Hristosmos yenə də qalmaqal yaradacaq açıqlamanın altına imza atıb.

Yunan media orqanında yer alan ifadələrdə Hristosmos yunanlı gənclərə “kirpli türklər əslində iqtisadi təzyiqlərdən dolayı dinlərini dəyişdirən xristian yunanlardır” ifadələrini işlədib.

Lakin baş yepiskopun nifrət dolu sözlərinə cavab gecikməyib. KKTC –nin baş naziri Hüseyin Özgür mövzu ilə bağlı verdiyi açıqlamasında “Baş Yepiskop Hristosmos Kipr Türk xalqına qarşı təhqiredici hərəkətlərini davam etdirərək hörmət sərhədlərini ilə birlikdə həddini aşmışdır” sözlərini işlədib. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...