Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Baş yepiskop Yunanıstandakı faciəni baş nazirin ateist olması ilə əlaqələndirdi

“Ateist olduqlarına görə Tanrının qəzəbinə tuş gəlirlər”.

Yunanıstanda 80-ə yaxın insanın ölümünə səbəb olan meşə yanğınlarının səbəbi ilə bağlı maraqlı fikir səsləndirilib.

Din.az xəbər verir ki, Yunanıstanın baş yepiskopu Metropoliti Amvrosios faciəni ölkənin baş nazirinin ateist olmağı ilə əlaqələndirib.

“Yanğın ateist baş nazir Aleksis Tsiprasa Tanrının cəzasıdır. Ateist olduqlarına görə Tanrının qəzəbinə tuş gəlirlər”, – deyə o, bilirib.

Qeyd edək ki, isti hava, külək səbəbilə yanğının söndürmək qeyri-mümkündür. Fəlakət zamanı itkin düşənlərin sayı 100, yaralıların sayı isə 200 nəfərə yaxındır. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...