Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Yaşadıqlarımız mənə bu firmanı qurmaqda köməkçi oldu”

Xristianlar da minə bilər…

Almaniyanın Hamburq şəhəri yaxınlığında yerləşən Schlewing Holstein əyalətinin Norderstedində “Şəriət qaydalarına uyğun Müsəlman taksiçilər Şirkəti” qurulub.

“Din.az” xəbər verir ki, Almaniyada ilk dəfə “Müsəlman Taksi” adıyla qurulan şirkət müsəlman sərnişinləri yalnız Hamburg ətrafına deyil, Almaniya və Avropaya da aparmağı qarşısına məqsəd qoyub.

Xristianlar da minə bilər…

Müsəlman taksi şirkətini quran İraq mənşəli taksi sürücüsü Səlim Reid, xristianların da taksiyə minə biləcəyini söyləyib.

Gözləniləndən də çox böyük rəğbət qazandığını bildirən Reid, “anam və atam Almaniyaya gələndə Hamburqdan Berlinə şəxsi taksi ilə gedərkən pis xatirələri olub. Taksiyə minən digər sərnişinlər hicablı və əcnəbi olan anam haqda pis danışmağa başlayıblar. Halbuki anam alman dilini bilirdi və bütün danışılanları başa düşmüşdü. Bu yaşadıqlarımız mənə bu firmanı qurmaqda köməkçi oldu”, – deyə qeyd edib.

Reid, nəqliyyat imkanlarının müsəlman sərnişinlərə münasib və daha ucuz qiymətə təmin edəcəyini söyləyib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...