Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Başkənddən Ermənistana humanizm dərsi: Salamat qalan erməni qəbirləri – FOTO

Ermənilərin ərazilərimizdə törətdikləri vandallıqları saymaqla bitməz.

Ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri vandallıqlar heç kimə sirr deyil. Onlar, təkcə yaşayış məntəqəsi və tarixi abidələrə deyil, elə xalqımıza məxsus olan məzarlıqların dağdılmasında da misli görünməyən vəhşiliklər nümayiş etdirirlər. Bu gün bunu təsdiq edən kifayət qədər faktlar mövcuddur. Buna baxmayaraq, Azərbaycanda erməni məzarlıqlarına qarşı humanist davaranışla yanaşılır.

Din.az Metbuat.az-a istinadən bildirir ki, Ordu.az budəfəki yazısında Sizi Gədəbəy rayonu istiqamətində yerləşən Başkənd məzarlığının mövcud durumu, ərazinin erməni işğalından azad edilməsinə baxmayaraq qorunub saxlanılması barədə məlumatlandıracaq.

Ermənilərin törətdikləri qəbir vəhşiliyinə Azərbaycandan örnək olacaq addım, hər zamankı kimi yenə də var. Başkənd məzarlığının hazırkı durumu buna əyani sübutdur.

Başkənd döyüşlərinin iştirakçısı olan, Gədəbəy rayonu Düzrəsullu kənd sakini Qasımov Eldar İsrafil oğlu, bizə bu yerlər və həmin vaxtı Başkənddə cərəyan edən proseslər haqqında qısa məlumat verir.

– Şınıx kəndlərinə gedən yeganə yol bu kəndin içindən keçdiyindən, buradan keçmək məcburiyyətindəydik. Bu səbəbdən də burada yaşayan erməniləri tanıyırdıq. Hadisələr başlayandan Başkənd burada sözün əsl mənasında bir quldur yuvasına çevrilmişdi. Heç zaman tanımadığımız saqqallılarla rastlaşırdıq. Bir müddət sonra isə onların kənd sakinlərinə, qarşı zorakılıqlarını eşidirdik. Yəni kəndə gətirilən silahlı dəstə üzvüləri erməni qızlarına qarşı zorakılıqla ad çıxarmışdılar. Bu zorakılıqlar təkcə erməni qadınlarına qarşı deyil, hətta məzarlıqlara qarşı da törədilirdi. Məzarlığı gəzəndə diqqət etsəniz, bir neçə məzarın yerini boş görəcəksiniz onlar isə həmin vaxtı kəndə rəhbərlik edənlərin yaxınlarının qəbirləridir.

Başkənd əməliyyatı zamanı bizim tərəfimizdən əsir götürülən ermənilərdən biri kənd sovetinin sədri idi. O, hansı məqsədlə edildiyi bilinməsə də həmin saqqallılar tərəfindən kəndin məzarlığında qəbirlərin dağıdıldığını deyirdi. Qəbirlərin sındırımasına mane ola bilmədikləri üçün, imkanı çatanlar yaxınlarının qəbirlərini Ermənistana köçürdülər. İmkansız ailələrin yaxınlarının məzarları isə saqqallılar tərəfindən sındırılaraq dağıdıldı.

Ermənilər qəbirlərə toxunulmadığı üçün Azərbaycana minnətdar olmalıdırlar

Başkəndin Azərbaycanın nəzarətində olduğu vaxtdan indiyə kimi, qalan məzarlar toxunulmadan saxlanılıb. Lakin azərbaycanlıların ermənilərdən fərqli olaraq, onların məzarlarına toxunmaması, xalqımızın bütün dinlərə və millətlərin ölüsünə belə hörmətlə yanaşdığını göstərir.

Erməni qəbirlərinin tərəfimizdən hələ də toxunulmaz olaraq saxlanılması, ermənilərin işğal altında olan ərazilərdəki məzarlıqlarımızı təhqir etmələrinə sözün əsl mənasında bir ədəb dərsi olmalıdır.

Söhbətimizə Azərbaycan ordusunun zabiti, mayor Maarif Süleymanov da qoşulur. Komandir deyir ki, erməni məzarlığına, hətta dinc sakinlərin belə zərər vurmamasına çalışırlar.

– Bizim konstitusiyamızda qəbirlərin toxunulmazlığı və qorunması var. Hansı dindən və hansı millət olmasından asılı olmayaraq məzarlara hörmətlə yanaşmaq lazımdır. Doğrudur, dərindən fikirləşsək görərik ki, ermənilər bizim torpaqlara gəlmədirlər, əsrlər boyu bizim xalqın başına müsibətlər açıbılar. Hətta elə yaşayış məntəqələrimiz var ki, oranı işğal etdikdən sonra təmamilə yer üzündən siliblər. O zaman gərək bizdə bunun təkrarlayaq? Amma biz düşmən kimi, düşünmürük. Bizim bu addımımızı ermənilər anlamasa da tarix dəyərləndirəcək. Baxın ətrafda olan qəbirlərin dağıdılmasına görə bizə heç nə mane olmur. Amma görünən göz qarşısındadır.

Başkənd qəbristanlığını gəzib, gördüklərimi foto yaddaşına köçürdürəm. Ermənilərin məzarlıq vandallığının əsl səbəbinə gəlincə isə bir daha görürsən ki, onlar düşmənçilik siyasətində qarşı tərəfi şantaj etmək üçün öz məzarlarını belə dağıtmaqdan çəkinmirlər. Bu da ermənilərin doğrudan da nə qədər vəhşi bir xislətə sahib olduqlarının bariz nümunəsidir.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...