"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Başqasının qızına çimməyi öyrətmək nə vaxtdan din olub?”

Share Button

Qüsul qalmaqalına tanınmış ilahiyyatçıdan REAKSİYA

Bir neçə gün öncə Biləsuvarın Dərvişli kəndində baş vermiş hadisə hələ də müzakirə mövzusudur

Xatırladaq ki, kənd sakini Sima Əliyevanın (ad şərtidir) qohumları həmin kəndin mollası İzzətulla Məmmədovun paltarını cıraraq döymüşdülər. İlkin səbəblərə görə, onlar Məmmədovun Əliyevaya qeyri-etik təkliflər etdiyini bildiriblər.

İ.Məmmədovun qardaşı Qədir Məmmədov isə Ölkə.Az-a bildirmişdi ki, deyilənlər həqiqəti əks etdirmir. Məmmədovun sözlərinə görə qardaşı S.Əliyevaya qüsul almaq öyrədirmiş. Ümumiyyətlə dinimiz bu yerdə nə buyurur? Kişi molla qadına qüsul almağı öyrədə bilərmi?

xmaxresdefault,P20,P282,P29.jpg.pagespeed.ic.GLUWw4zLYA

İlahiyyatçı Elşad Miri bildirir ki, bu, qətiyyən yolverilməzdir:

“Dini bir kənara qoyaq. Hansı normal insan, normal vətəndaş razı olar ki, onun qızına, xanımına çimməyi başqa kişi öyrətsin? Bu, nə vaxtdan din, namus, qeyrət olub? Belə şeymi olar? Bu qadını onun yanına göndərən insan başa düşmürmü ki, molla qüsulu necə öyrətməlidir? Bəzi özəl məsələlər olanda Peyğəmbərimizin xanımları bu missiyanı yerinə yetirirdilər. Peyğəmbərin özü utanırdı, yaxud cavab verə bilmirdi. Belə olan halda xanımları izah edirdi. Kiminsə xanımına götürüb qüsul öyrətmək heç bir dinə sığmır”.

MÜZAKİRƏ

2 şərh “Başqasının qızına çimməyi öyrətmək nə vaxtdan din olub?” üçün

  1. Vadar dedi:

    Doğrudan ee, gülməlidir!

  2. Farid Rashid dedi:

    Mollalari Azərbaycandan umnən insanligdan silmək lazimdir bəlkə agillari gələ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir