Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bayramı kilo almadan keçirməyin yolları…

Maddələr mübadiləsini vaxt itirmədən canlandırın…

Zəngin iftar süfrələrindən sonra indi də zəngin bayram süfrələri kökəlməyimiz üçün bizi gözləyir.

“Din.az” sizə Ramazan bayramını kökəlmədən keçirməyin yollarını təqdim edir:

Ramazan ayından sonrakı bir neçə gündə “artıq istədiyimi yeyə bilərəm” düşüncəsi ilə daha çox yemək yemək və şirniyyat qəbul etmək, sürətli şəkildə kökəlmə ilə mədə problemlərinə zəmin yaradır. 1 ay boyunca gün ərzində uzun müddət aclığa vərdiş olan bədənin bayramla birlikdə yeni nizama yumuşaq şəkildə bir keçid etməsi, sağlam və formada qalmaq baxımından böyük əhəmiyyət daşıyır.

Maddələr mübadiləsini vaxt itirmədən canlandırın…

Ramazanda uzun müddətli aclıq və hərəkətsizlik maddələr mübadiləsinin yavaşımasına səbəb olur. Bayramda istehlak edilən qidalarla əldə edilən enerji isə vücuda daha çox lazımdır. Yavaşayan maddələr mübadiləsini sürətləndirmək üçün bəzi tədbirlərin görülməsi mütləqdir.

Əvvəlcə yeni nizamda səhər yeməyinin təxirə salınmaması əhəmiyyət daşıyır. Yumurta, pendir və bibərin olduğu klassik səhər yeməyi yeyə və ya yulaf yarması, süd və meyvə ilə praktiki bir başlanğıca başlaya bilərsiz.

Nahar yeməyinin isə az-az və hissə-hissə artırılması lazımdır. Psixoloji aclıq ilə birlikdə daha çox qidalanmağa meyilli olan mədəni kiçik ölçülü qəlyanaltı ilə doyuzdurub maddələr mübadiləsini canlı tutmaq olar.

14673562510.35974500

Maddələr mübadiləsini sürətləndirməyin ən sadə və sağlam yollarından biri də su içməkdir. Xüsusilə də bayram günlərində və daha sonrakı günlərdə ən azı 2,5 litr su içmək, insanı isti yay günlərində daha gümrah tutacaqdır.

Həftədə 3 gün yüngül hərəkətli yürüş və nəbzi artıran məşqlər etmək əzələ kütləsini inkişaf etdirərək normadan daha çox kalori yandırılmasını təmin edəcək.

Bunlarla yanaşı xüsusilə nahar vaxtı içəcəyiniz 1 fincan yaşıl çay və ya şəkərsiz qəhvə maddələr mübadiləsinin canlandırılmasına kömək olacaq.

2 dilim paxlama 1 saat yürüş…

Bayram kimi özəl günlərdə bütün ailənin bir arada olduğu böyük masalarda yemək başqa bir əhəmiyyət daşımaqdadır. Daha sonrasında gedilən qonaqlıqlarda geri çevrilməyən şəkər və kalorinin yüklənməsi həzmsizlik şikayətlərinə səbəb olmaqdadır.

14673560870.03926700

Xüsusilə paxlava kimi şərbətli şirniyyatlar təklif edildiyində iki dilim paxlavanın təxminən bir nahar yeməyinin kalorisinə bərabər olduğunu, onu yandıra bilmək üçün 1 saat ərzində yeriməyin lazım olduğu və şəkərin bədənə zərər verdiyinin unudulmaması lazımdır. Şərbətli şirniyyatlar yerinə südlü şirniyyatlar, meyvəli dondurmalar, meyvə şirniləri seçmək daha məqsədəuyğundur. Bu qidaların evdə hazırlanmış olması da zərərlərini nisbətən azaldacaqdır.

Bitki çayları ilə mədənizi rahatladın…

14673562170.03648900

Ramazandan sonra lazımi qədər mayenin qəbuluna diqqət etmək lazımdır. Bayramda çay, qəhvə və turş içkilərə də diqqət etmək gərəklidir. Bu vəziyyətdə bitki çayları sağlam vasitələrdir. Çobanyastığı, dandelion, razyana, nanə, qərənfil, kardamon kimi bitkilər həzimsizliklə ortaya çıxan köp şikayətlərinin azalmasında olduqca təsirlidir.

Sağlam bitki çayının tərifi…

1 litr suya bir hissə təzə zəncəfil, 1 paket yaşıl çay, 1 yemək qaşığı hil və 2-3 ədəd qərənfil əlavə edib 5-10 dəqiqə dəmləyin. Daha sonra süzərək yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra içərək qarnınızdakı köplərdən qurtula bilərsiniz.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...