Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BDU-nun İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək – AÇIQLAMA

“Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək”.

“Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq”.

Din.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq ilahiyyat institutuna bina da ayrılıb: “Nizamnamə təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb”.

Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: “Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcək. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur”.

M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...