Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BƏƏ-də 11 telekanala Türkiyə seriallarını yayımlamağa qadağa qoyulub

Daha “güclü ərəb serialı çəkəcəklərini” də vurğulanıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi Dubayda yerləşən “Orta Şərq Yayım Mərkəzi” (MBC) 11 telekanala Türkiyə istehsalı olan serialları nümayiş etdirməyə qadağa qoyub.

Din.az xəbər verir ki, Mərkəzin sözçüsü Mazen Hayek məlumatı təsdiqləyib.

Bununla yanaşı, o daha “güclü ərəb serialı çəkəcəklərini” də vurğulayıb.

Bildirilib ki, Mərkəz bütün telekanallara bu barədə təlimat göndərib.

MBC 1991-ci ildə Londondan peyk vasitəsilə ərəb dilində yayımlanan ilk xüsusi telekanaldır. 2002-ci ildə baş ofisi Dubaya köçürülən Mərkəzin hazırda 11 kanalı fəaliyyət göstərir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...