Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BƏƏ-də bu şəxslərə daimi yaşamaq hüququ veriləcək

BƏƏ ölkəyə daha çox mühəndis, alim və istedadlı tələbə cəlb etmək istəyir.

Sərmayəçilər və iş adamları Birləşmiş Ərəb Əmirliklərində daimi yaşamaq hüququna malik olacaqlar və onlara xüsusi “qızıl kart” veriləcək.

Din.az bildirir ki, bu barədə BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Əl Maktumun açıqlamasında bildirilir.

Qeyd olunur ki, “daimi vizanın” verilməsi təşəbbüsü ölkəyə daha çox sərmayələrin, mühəndislərin, alimlərin və istedadlı tələbələrin cəlb edilməsi məqsədi daşıyır. Dubayın əmirinin sözlərinə görə, “qızıl kart” sistemi səhiyyə, mühəndislik, elm və incəsənət sahəsindəki sərmayəçilər və görkəmli mütəxəssislər üçün nəzərdə tutulub.

Şeyx Məhəmməd bin Rəşid Əl Maktum deyib: “Bu “qızıl kart”lar Birləşmiş Ərəb Əmirliklərinin uğur tarixinə töhfə vermiş şəxslərə veriləcək. Biz istəyirik ki, onlar bizim səyahətimizdə daimi yol yoldaşımız olsunlar”.

Qeyd etmək lazımdır ki, birinci mərhələdə daimi rezidentlik hüququ BƏƏ-yə, ümumilikdə, 100 milyard dirhəm ( 27,3 milyard dollar) sərmayə yatırmış 6,8 min nəfərə veriləcək. / AZƏRTAC

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...