Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BƏƏ-də D vitaminli su hazırlandı

BƏƏ əhalisinin 78 faizi D vitamini azlığından əziyyət çəkir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Agthia Group” şirkətlər qrupu dünyada ilk dəfə olaraq tərkibində D vitamini olan içməli su istehsalına başlayıb.

Din.az xəbər verir ki, dünyada yeganə olan D vitaminli bu suyun tərkibində qatqı, dadverici və boyaq maddələri yoxdur. Tədqiqatlara görə, BƏƏ əhalisinin 78 faizi D vitamini azlığından əziyyət çəkir ki, bu da bəzi xroniki və infeksion xəstəliklərin inkişaf riskini artırır.

“Al Ain Vitamin D” adlanan suyun bir şüşəsinin həcmi 500 ml, dəyəri isə 2 dirhəmdir. Vitaminlərlə zəngin olan bu suya artıq BƏƏ-nin supermarketlərində rast gəlmək mümkündür. (Azərtac)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...