Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BƏƏ-nin ilk iki kosmonavtının adını açıqlandı

Kosmosa gedən növbəti müsəlman kosmonavtlar …

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Beynəlxalq Kosmik Stansiyaya uçacaq ilk iki kosmonavtın adı açıqlanıb.

Din.az xəbər verir ki, BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum özünün “Тwitter” səhifəsində Həzzə Əl-Mənsuri və Sultan Əl-Neyadinin ölkənin kosmosa uçacaq ilk kosmonavtları seçildiyini bildirib. Dubay əmiri qeyd edib ki, onlar bütün ərəb gənclərini təmsil edir və BƏƏ-də gələcək nəsillərə örnək olacaqlar.

Bu kosmonavtlar (əsas və əvəzedici) “Roskosmos”la əməkdaşlıq şəraitində BƏƏ astronavtları üçün proqram çərçivəsində 4022 iddiaçı arasından seçiliblər. Sözügedən proqram elmi eksperimentlərin aparılması məqsədilə BƏƏ kosmonavtlarının hazırlanmasını və kosmosa göndərilməsini nəzərdə tutur.

Kosmonavtlardan birincisi 2019-cu ilin aprelində Rusiya kosmik missiyasının tərkibində “Soyuz MS-12” nəqliyyat pilot gəmisi ilə uçacaq.

Xatırladaq ki, ilk ərəb mənşəli kosmonavt 1985-ci ildə kosmosa uçub. Səudiyyə Ərəbistanı vətəndaşı Sultan ibn Salman ibn Əbdül-Əziz Əl-Səud ABŞ-ın “Discovery” kosmik gəmisi ilə bir həftəyə yaxın Yerin orbitində olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...