Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BƏƏ-nin ilk kosmonavtı özü ilə kosmosa görün nə aparacaq

Birləşmiş Ərəb Əmirliklərindən ilk kosmonavt yola salınır.

Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza al-Mansuri sentyabrın 25-də ölkə tarixində ilk dəfə kosmosa yollanarkən özü ilə 10 kiloqram yük aparacaq.

Din.az bildirir ki, bu barədə BƏƏ-nin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzin kosmonavtların hazırlanması proqramının direktorunun müavini Məhəmməd bin Rəşid Salem Al-Marri mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, əmirliyin ilk kosmonavtı özü ilə ölkəsinin bayrağını, BƏƏ-nin qurucusu şeyx Zayed bin Sultan Al Nahayyanın kosmonavtlarla şəklini, öz ailə şəkillərini, müqəddəs Quranı və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun “Mənim tarixim” kitabını beynəlxalq kosmik stansiyaya aparacaq.

O deyib: “Kosmik mərkəz Hazza əl-Mansuri ilə BƏƏ-nin mədəniyyətinə və tarixi irsinə aid on kiloluq yük göndərir. Onların içində əmirliyin milli bayrağı və loqotip daha sonra muzeydə saxlanılacaq. Həmçinin kosmosa BƏƏ-nin milli “al-Qxaf” ağacının 30 toxumu aparılacaq, sonra isə bu toxumlar əmirliyin ərazisində əkiləcək. Kosmonavtın baqajında, həmçinin elmi-tədqiqatlar üçün materiallar, Yer kürəsinin və Marsın maketi, milli mətbəx nümunələri, bəzi suvenirlər və “Kosmosa göndər” müsabiqəsinin qaliblərinin şeirləri, hekayələri və rəsmləri olacaq”.

BƏƏ-nin ilk kosmonavtı “Soyuz MC-15” kosmik gəmisi ilə Baykonurdan beynəlxalq kosmik stansiyasına rusiyalı kosmonavt Oleq Skripoçka və amerikalı astronavt Cessika Meirlə birlikdə yola düşəcək. Hazza al-Mansuri orada 8 gün qalacaq.

Mətbuat konfransında BƏƏ-nin kosmik missiyası və hazırlıq işləri barədə ətraflı məlumat verilib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...