Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BƏƏ-nin kosmosa uçacaq ilk müsəlman astronavtının adı açıqlanıb

BƏƏ-nin Kosmik Mərkəzindən kosmosa uçacaq ilk kosmonavtın adı açıqlanıb.

Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd bin Rəşid Əl Maktum adına Kosmik mərkəzi ölkənin kosmosa uçacaq ilk kosmonavtının adını açıqlayıb.

Din.az bildirir ki, BƏƏ-nin ilk astronavtı Hazaa əl-Mansuri olacaq. Əmirliyin ilk astronavtının Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşu sentyabrın 25-ə təyın edilib. O, BKS-ə Rusiyanın “Soyuz” gəmisində yola düşəcək və orada iki həftə qalandan sonra həmin gəminin ekipajı ilə birlikdə geriyə dönəcək.

BƏƏ-nin Kosmik Mərkəzinin açıqlamasında bildirilir ki, BKS-ə uçuş üçün əsas astronavt kimi Hazaa əl-Mansuri seçilib, Sultan ən-Niyadi isə dublyor qismində seçilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...