Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BƏƏ XİN başçısı: “Azərbaycan müasir müsəlman ölkəsidir, biz də bu dəyərləri bölüşürük”

“Biz Azərbaycanı gələcəyə inamla baxan inkişaf edən ölkə kimi görürük.”

“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla çox yaxşı əlaqələri var”.

Din.az APA-ya istinadən bildirir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə naziri Ənvər Qarqaş deyib.

O bildirib ki, BƏƏ Azərbaycandakı inkişafı müsbət qiymətləndirir: “Azərbaycan müasir müsəlman ölkəsidir. BƏƏ də bu dəyərləri bölüşür. İkitərəfli əlaqələrə gəldikdə isə biz Azərbaycanı gələcəyə inamla baxan inkişaf edən ölkə kimi görürük. BƏƏ-dən Azərbaycana turizm, biznes və digər sahələr üzrə xeyli səfərlər həyata keçirilir. Düşünürəm ki, bütün təəssüratlar müsbətdir”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...