Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BƏƏ Yəmənə ordu yeritdi – Baş nazirin olduğu ada mühasirəyə alındı

BƏƏ-nin əsgərləri ilə bilrikdə 6 tank da bölgəyə göndərilib.

Birləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələri Yəmənin Sokorta adasına yeridilib.

Din.az xəbər verir ki, əsgərlər Sokorta limanının ətrafında mövqe tutub.

Yerli qaynaqlardan verilən məlumata görə, bölgədə olan Yəmən ordusu da limanın içində yerləşib. BƏƏ-nin əsgərləri ilə bilrikdə 6 tank da bölgəyə göndərilib.

Adaya hərbi müdaxilənin edilməsinə səbəb olaraq ölkənin baş naziri Əhməd ibn Dağr və nazirlər heyətinin şənbə günü adaya gəlməsi göstərilib. 2016-cı ilin iyun ayında baş nazir vəzifəsini icra etməyə başlayan ibn Dağr ikinci dəfə Sokorta adasına ziyarət gerçəkləşdirib. BƏƏ isə bu ziyarətlərin ada üzərində hakimiyyət qurmaq məqsədilə təşkil edildiyini iddia edərək bölgəyə hərbi qüvvələrini yeridir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...