Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bəhreyn qarışır: 3 dini lider ömürlük həbs edildi…

Dini liderlər Qətərə sirr ötürməkdə ittiham olunublar.

Bəhreyn Ali Məhkəməsi bu gün şiə müxalifətinin 3 liderinə ömürlük həbs cəzası kəsib.

Din.az xəbər verir ki, Vifak Partiyasının baş katibi Əli Salman da daxil olmaqla, şiə müxaliflər Qətərin xeyrinə casusluqda ittiham olunublar.

Qeyd edək ki, 2015-ci ildən həbs həyatı yaşayan Salmanın üzərindən casus ittihamı iyun ayında Bəhreyn məhkəməsi tərəfindən götürülmüşdü. Ancaq Baş Prokurorluq Ali Məhkəməyə protest vermişdi.

Əli Salman, Həsən Sultan və Əli Asvad hərbi sirləri casusluqla ələ keçirməkdə və Qətərə ötürməkdə ittiham olunublar.

Bəhreynin şiə icması qərarı siyasi hesab edib və tərəfdarlarını qərara etiraz olaraq aksiyaya çağırıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...