Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bəhreyndə daha 4 şiə ruhani həbs olunub

Bəhreyndə şiələrə qarşı repressiv addımlar günü-gündən çoxalır

Bəhreyn rejimi, paytaxt Manamada ölkənin tanınmış daha 4 şiə ruhanisini həbs edib. 

“Din.az” xəbər verir ki, Bəhreyn Merat xəbər saytının məlumatına görə, Ali Xəlifə rejimi məscid İmamı Şeyx İsa Mömin və İslam Alimlər Məclisi üzvlərindən Şeyx Əli Hemli, Seyyid Möhsin Qarifi və Şeyx Fazıl Zakini həbs edib.

Qeyd edək ki, Ali Xəlifə rejimin indiyədək bir neçə şiə alimi o cümlədən Şeyx Əbdülhəkim Əl-İradi, Şeyx Həmzə Əl-Deyri, Şeyx Casim Əl-Mətlu, Seyyid Haşim Əl-Bohranini, Şeyx Məhəmməd Cavad Şəhabini və siyasi fəallar Adil Məzruq və Qomşir Firuzu həbs edib.

Bəhreyn rejimi rejim əleyhdarları, xüsusilə şiələrə qarşı repressiv addımlarını günü-gündən çoxaldır.

Bəhreyn alimləri Ali Xəlifə rejiminin dini alimlərə qarşı repressiv addımlarını pisləyən bəyanat yayımlayıblar. Bəyanatda alimlərin həbsi və siyasi müxaliflərə qarşı təzyiqlərin davam etdirilməsinin ölkənin sabitliyi və təhlükəsizliyinin təmini üçün təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Məlumatda həmçinin bildirilir ki, Ali-Xəlifə rejimi şeyx Qasimin yaşadığı Diraz rayonunun internetini kəsib. Bəhreyn İnsan Haqları Təşkilatının məlumatına görə, ölkənin iki əsas mobil rabitə operatoru BATELCO və Zain şirkətlərinə bölgədəki mobil interneti tamamilə kəsmək tapşırılıb.

Hazırda Ayətullah İsa Qasimin evi önündə etiraz aksiyaları davam etməkdədir. Bəhreyn rejimi onun vətəndaşlıqdan çıxarılmasına dair çıxardığı qərar vətəndaşlar tərəfindən sərt etirazlarla qarşılanıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...