Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bəhreyndə gənclərə verilmiş edam qərarı etiraz və vətəndaş itaətsizliyinə səbəb oldu – VİDEO

Heç bir cinayət əməli törətməyən vətəndaşlar edama məhkum edildilər.

Bəhreyndə yenidən aksiyalara start verilib. Buna səbəb Bəhreyn rejiminin məhkəməsinin 6 gəncə edam hökmü verməsi səbəb olub.

Din.az bildirir ki, Bəhreynin Əd-Duraz bölgəsində aksiya iştirakçıları yolları bağlayaraq edama məhkum edilənlərin ailələrilə həmrəylik nümayiş etdiriblər.

Bəhreynin Əl-Vifaq Cəmiyyəti də bir bəyanat verərək bildirib: “Bəhreynin hərbi məhkəməsinin heç bir cinayət əməli törətməyən vətəndaşları edama məhkum etməsi sadəcə siyasi məqsədlərlə və günahsız gənclərdən intiqam almaq məqsədilə həyata keçirilib. Onlar gizli şəkildə saxlanılıb və vəhşicəsinə işgəncələrə məruz qalmışlar.”, – İran mediası bildirir.

Əl-Vifaq Cəmiyyəti həmçinin verilən qərarlarda Bəhreyn kralının birbaşa məsuliyyət daşıdığını da qeyd edib: “Bu ədalətsiz qərarlar Ali-Xəlifə rejiminin xalqla əlaqəsinin hansı şəkildə olduğunu göstərir.”

Aksiya iştirakçıalrı təkərləri yandıraraq vətəndaş itaətsizliyilə etiraz edirlər:

Bəhreynin Hərbi Apelyasiya Məhkəməsi çərşənbə günü Bəhreynin müdaxilə qüvvələri komandanını terror etməyə cəhd ittihamı saxta iddia ilə edama məhkum olunmuş altı vətəndaşla bağlı qərarı təsdiqləyib.

Ali Xəlifə rejimi mindən çox vətəndaşı həbs edib ki, onlardan bir neçəsi edama məhkum olunub.  / İslamazeri.com

Aksiyalarda qadınlarda iştirak edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...