Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bəhreyndə İsrail jurnalistləri əziz qonaq, Türkiyə müxbiri isə cinayətkar kimi qarşılandı- Rəzalət…

“Anadolu” agentliyinin müxbiri Esat Firatın ölkəyə girişinə qadağa qoyuldu.

Müsəlman ölkəsinin paytaxtında türk jurnalistə qarşı kobudluq edilib…

Bəhreyn hökuməti Fələstinlə bağlı iqtisadi forumu işıqlandırmaq üçün gələn Türkiyənin “Anadolu” agentliyinin müxbiri Esat Firatın ölkəyə girişinə qadağa qoyub.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “TRT” kanalı məlumat yayıb. 23 iyunda Bəhreynə gəlmiş türkiyəli jurnalistin vizasız giriş təmin edən xidməti pasporta sahib olmasına rəğmən o, təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. Müxbirə ölkəyə daxil olmaq qadağan edilib və o, Türkiyəyə geri göndərilib.

Eyni zamanda E.Firat Manamada aeroport əməkdaşları tərəfindən ona qarşı kobud rəftar edildiyini, onunla cinayətkar kimi davrandıqlarını və təyyarənin trapına qədər müşayiət etdiklərini bildirib.

“TRT” ona da diqqət çəkib ki, Təl-Əviv ilə Manama arasında diplomatik əlaqələr olmadığı halda İsraildən gələn jurnalistlər türkiyəli həmkarlarından fərqli olaraq Bəhreynə maneəsiz, çətinlik çəkmədən daxil olublar.

Xatırladaq ki, Manamadakı bəhs edilən tədbir ABŞ-ın təşəbbüsü ilə prezident D. Tramp administrasiyası tərəfindən hazırlanan “əsrin müqaviləsi” nin ilk mərhələsi kimi Manama şəhərində keçirilir. Bu arada Fələstinin əsas siyasi qüvvələri forumu boykot edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...