Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bəhreynin şiə lideri vətəndaşlıqdan çıxarıldı – FOTO

Share Button

“Qasim, Bəhreyin Krallığının düşmənləri ilə davamlı olaraq əlaqədə idi”

Əhalinin böyük əksəriyyəti şiə olan ancaq sünni kral ailəsi tərəfindən idarə olunan Bəhreyndə səlahiyyətlilər şiə lider Ayətullah Şeyx İsa Qasimin vətəndaşlıqdan çıxarıldığını açıqlayıb.

İsa Qasim, ölkədəki şiələrin ruhai lideri olaraq qəbul edilir. Daxili İşlər Nazirliyi açıqlamasında İsa Qasimin vətəndaşlıqdan çıxarılma səbəbi isə “Məzhəbçilik və şiddət dolu təbliğat apararaq xarici güclərin maraqları üçün işləməsi” olaraq izah edilib.

Açıqlamada bundan başqa, “Qasim, Bəhreyin Krallığının düşmənləri ilə davamlı olaraq əlaqədə  idi” deyilirdi.

“Din.az” xəbər verir ki, BBC Türkcə-də yer alan xəbərə görə, Ayətullah İsa Qasimin vətəndaşlıqdan çıxarılması, ölkədəki şiə müxalifət hərəkatı El-Vefakın bütün fəaliyyətlərinin dondurulması qərarından sonra verildiyi bildirilir.

El-Vefakın siyasi lideri Seyx Ali Salman isə haqqında çıxan 9 il həbs cəzasını çəkir.

Şiə lideri Şeyx İsa vətədaşlıqdan çıxarılmasından sonra ölkə daxilində etirazlar keçirilir.

1426080859_3g0r2b3d2o-14737

bahreyn-sii-lideri-vatandasliktan-cikardi-7222338

bhr1

bahryn

add

MÜZAKİRƏ

1 şərh Bəhreynin şiə lideri vətəndaşlıqdan çıxarıldı – FOTO üçün

  1. Farid Rashid dedi:

    Ümümiyyətlə bir şiə din xadimi göstərin məcbur islami sevdirməsin hansinisa taaniyiram hamisida bir-birindən savadsiz cahilliyə dövründə qalmiş insanlar bu şiə mollalardan savadlidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir