Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bəhreynli nazirin İsraillə bağlı bəyanatı təəccübləndirdi

“Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur …”

Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd ərəb dövlətinin rəsmisi üçün görülməmiş bir bəyanatla çıxış edib.

Din.az bildirir ki, ali diplomat İsrailin Suriya ərazisində yerləşən İran obyektlərinə endirdiyi aviazərbələri dəstəkləyib.

“Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur, güc tətbiq etməklə dövləti münaqişə zonasına çevirməyə çalışır, istənilən dövlətin, o cümlədən İsrailin özünü müdafiə etməyə və təhdid mənbəyini məhv etməyə haqqı ver”, – deyə XİN rəhbəri “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, İrana qarşı ümumi ədavət İsraillə Körfəz dövlətləri arasında strateji əməkdaşlığa yol açıb.

Bundan əvvəl Səudiyyə Ərəbstanı və digər ərəb dövlətləri ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxmasını dəstəkləmişdi. / Milli.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...