Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bəkir Bozdağ: “Dəməşqin Afrinə qoşun yeritməsi Suriyanın parçalanmasına səbəb olacaq”

“Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır”.

Dəməşqin Türkiyə silahlı qüvvələrinin hazırda “Zeytun budağı” əməliyyatı apardığı Afrin şəhərinə qoşun yeritməsi, Suriyanın parçalanmasına gətirib çıxara bilər.

Din.az xəbər verir ki, bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada keçirilən mətbuat konfransında deyib.

“Biz bütün istiqamətlər üzrə bu xəbərləri izləyirik. Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır. Əgər Suriya kürdləri PYD/YPG terrorçularından qorumaq üçün Afrinə qoşun yeritsə, bu fəlakətə səbəb olacaq. Bu hücum həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq”, – deyə Bozdağ bildirib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...