Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bəkir Bozdağ: “FETÖ ilə mübarizə bitmədi”

“FETÖ kimi bir terror təşkilatını 1-2 ildə yox etmək mümkün deyil”.

Türkiyənin Baş Nazirinin Müavini Bəkir Bozdağ FETÖ terror təşkilatı ilə bağlı açıqlama verib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, Bəkir Bozdağ ” FETÖ ilə mübarizə bitmədi. FETÖ kimi bir terror təşkilatını 1-2 ildə yox etmək mümkün olmadığını hamımız bilirik.

FETÖ qabiliyyətini itirdi, xalq dəstəyini itirdi, dağıdı, amma bitmədi. Çünki FETÖ terror təşkilatının strukturu, iş prinsipləri və məxfiliyə verdiyi önəm səbəbindən müəyyən edilməsi çox çətin bir terror təşkilatıdır. Bu vaxt alacaq. FETÖ ilə mübarizədə Kosovo kimi oxşar əməliyyatlar davam edəcək. Eyni şəkildə MİF xaricdə apardığı əməliyyatlarla da FETÖYE böyük zərbə vurdu. MİF bu günə qədər 18 ölkədə 80 FETÖ-çünü qandallayıb gətirdi. Bunların bir qismi haqda açıqlama verilmədi” deyə bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...