Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BELÇİKA İSLAMİ QAYDALARLA ƏTİN KƏSİLMƏSİNƏ QADAĞA QOYDU

Müsəlman və yəhudilər narazıdır…

Belçikanın Valonya parlamentində “halal kəsim”lə bağlı layihə səsvermədən keçib. Qərarın qarşıdakı aylarda ölkə miqyasında ttəbiq edilməsi gözlənilir.

“Din.az” bildirir ki, Belçikada fransız dilində danışanların çoxluq təşkil etdiyi Valonya bölgəsinin parlamenti islami qaydalarla kəsilməsini qadağan edən layihəni qəbul edib. Qəbul edilən qanuna görə, qoyun və malların şok edilmədən kəsilməsi qadağandır. Lakin layihənin qüvvəyə minməsi üçün parlamentin heyət üzvlərinin bunu təsdiqləməsi lazım idi. Sentyabrın 1-i 2019-cu ildə qüvvəyə minməsi planlaşdırılan layihə bir çox partiya üzvləri tərəfindən artıq dəstəklənib.

“Heyvanlara dəyər verdiyimiz üçün bu qərara gəldik…”

Layihəyə dəstək olan siyasətçilər “Bu qərar keçici bir həvəs və ya kapris deyil. Heyvanların kəsilən zaman ağrı çəkməsinin qarşısını almaq istəyirik. Bu qərarı heyvanlara dəyər verdiyimiz üçün qəbul etdik” açıqlamasını verib.

Qərarın 2019-cu ilə qədər qüvvəyə minməməsinin səbəbi hal-hazırda bölgələrdəki qəssabxanalarda heyvan şoklama üsulunun tətbiq edilməsi üçün lazımi şəraitin olmamasıdır.

Müsəlman və yəhudilər narazıdır…

Belçika parlamentinin heyvan kəsimi ilə bağlı qəbul etdiyi layihəyə təkcə müsəlmanlar deyil, eyni zamanda yəhudilər də qarşı çıxır. Yəhudilərin dini inanclarına və adətlərinə görə, “koşer” olaraq adandırdıları adətləri “halal kəsim” ilə üst-üstə düşdüyü üçün onlar halal yolla kəsilmiş ət və ət məhsullarını seçirlər.

Qeyd edək ki, müsəlmanlar və yəhudilər Belçikada yaşayan əhalinin 6 faizini təşkil edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...