Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Belçikada islamofobiya əleyhinə aksiya

Məscidə hücumu qətiyyətlə pisləyən bəyanatlar verildi.

Belçika müsəlmanlarının İcraiyyə Şurası və Belçika Müsəlman Təşkilatlarını Əlaqələndirmə Şurası cümə günü Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidə hücumu qətiyyətlə pisləyən bəyanatlar qəbul ediblər.

Din.az xəbər verir ki, hər iki təşkilat hakimiyyət orqanları tərəfindən Avropada islamofobiyanın cilovlanması üçün yetərli tədbirlər görülmədiyini və bunun nəticəsində müsəlmanlara nifrətin illər boyu artmasını pisləyib.

Bu təşkilatların fikrincə, avropalı qanunvericilər antisemitizm və irqçilik barəsində olduğu kimi, islamofobiyanın da cinayətə bərabər tutulması üçün addımlar atmalıdırlar. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...