Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Belçikada müsəlman qadını döydülər – Bədəninə xaç çəkdilər

Müsəlman qadını yerdə sürüdülər, hicabını və paltarını cırdılar.

Avropada islamafobiya əməlləri artmaqdadır.

Din.az xəbər verir ki, Belçikanın Anderlues qəsəbəsində 2 nəfər 19 yaşındakı müsəlman qıza hücum edərək onun qarnına, ayaqlarına və bədəninin müxtəlif yerlərinə xaç işarəsi çəkiblər.

Həmçinin, onu yerdə sürüyüblər, hicabını və paltarını cırıblar.

Qıza hücum edənlərin axtarışı aparılır.

İtaliyanın Sassari şəhərində isə bankomat qarşısında sıraya girmədiyi üçün nigeriyalı qadını bir nəfər hamının gözü qarşısında yerə yıxaraq döyüb. Daha sonra qadının telefonun alıb və yerə ataraq qırıb.

Hadisə zamanı orada olan digər insanlar isə baş verənləri sadəcə izləməklə kifayətləniblər. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...