Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Belçikada müsəlmanları təhqir edən siyasətçinin Çin casusu olduğu üzə çıxıb

Filipp Devinter Çinin xeyrinə casusluqda şübhəli bilinir.

Belçikada barəsində araşdırma aparılan millətçi və separatçı “Flamand arzusu” partiyasının liderlərindən olan Filipp Devinter Çinin xeyrinə casusluqda şübhəli bilinir.

Din.az bildirir ki, bu barədə “Report” “Het Laatste Nieuws” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Devinter 10 ildir ki, Antverpendə Çinin xeyrinə casusluqda şübhəli bilinən QHT-lərə konsultativ xidmətlər göstərir.

Bildirilir ki, siyasətçi 2017-ci ildə Çindən qovulmuş və QHT-nin əsasını qoymuş Şao Çançunla sıx əlaqə saxlayıb. Həmin QHT Devinterin Çin, Qazaxıstan və Özbəkistana səfərini maliyyələşdirib.

Siyasətçi bununla bağlı bütün ittihamları rədd edıb. O, ittihamları qarayaxma kampaniyası adlandırıb. Filipp Devinter bildirib ki, Çin icması ilə əlaqələrin qurulması üçün QHT əməkdaşları ilə əlaqə saxlayır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...