Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Belçikada Səudiyyəyə etiraz: qətliamı dayandırın! 

Səudiyyənin Yəmən müharibəsindəki fəaliyyətlərinə qarşı aksiya keçirilib.

Belçikanın paytaxtı Brüsseldə Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Belçikadakı səfirliyi önündə toplaşan etirazçılar Səudiyyənin Yəmən müharibəsindəki fəaliyyətlərinə qarşı çıxıblar.

Aksiya iştirakçıları “Yəmən xalqı ilə həmrəylik”, “Qatil Səudiyyə”, “Terrorçu Səudiyyə”, “Yəməndəki qətliamı dayandırın” kimi şüarlar səsləndiriblər.

Belçikadakı Yəmən dərnəklərinin təşkil etdiyi aksiyada 100 nəfər iştirak edib.

Qeyd edək ki, Yəməndə 4 il əvvəl başlayan daxili müharibə ölkədə son 100 ilin ən böyük aclıq böhranına səbəb olub. Yəməndə hökumətə qarşı çevriliş edən husilər 2014-cü ildən paytaxt Səna şəhəri və bəzi bölgələri ələ keçirib. 2015-ci ilin martından Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya Yəmən hökumətinə dəstək verir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...