Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Belqrad Universitetində “Azərbaycanda Din” mövzusunda seminar keçirildi – FOTO

Azərbaycanda bir çox xristian, yəhudi dini tədris müəssisələri heç bir maneə olmadan fəaliyyət göstərir.

14 noyabr 2018-ci il tarixində Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “Azərbaycanda Din” mövzusunda seminar keçirilib.

Din.az Moderator.az-a istinadən bildirir ki, seminarda çıxış edən Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda Novi Sad Universitetinin professoru Zərifə Əlizadə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyara çevrildiyini bildirilmişdir.

Z.Əlizadə Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərdiyini, onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək göstərildiyini xüsusi vurğulamışdır. Azərbaycan xalqının dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçildiyi, bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqləndiyi və bunun tarixi keçmişimizdən qalan mütərəqqi ənənə olduğu qeyd edilmişdir.

Z.Əlizadə həmçinin seminar iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin Serbiaydakı fəaliyyəti barədə məlumat vermiş və bu işlərdə Serbiyadakı səfirimiz Eldar Həsənovun və Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın xüsusi rolu olduğunu və onların dəstəyi ilə 200 ildən çox tarixi olan Belqrad Universitetində 26 aprel 2018-ci il tarixindən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini vurğulamışdır.

Tədbirdə, Belqrad Universitetinin filologiya fakültəsinin professor və tələbə heyəti, Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Samirə Ağayeva və Azərbaycanın Serbiyadakı Səfirliyinin əməkdaşları iştirak etmişlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...