Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
bayrampasa-belediyesinin-bereket-konvoyu-12-yilinda-sirbistanin-002

Belqradda 150 ildən sonra ilk azan oxundu

Share Button

“Bərəkət Konvoyu” Belqradda ilk dəfə iftar süfrəsi təşkil etdi və bu layihəsi ilə Belqradda 150 ildən sonra azan səsi eşidildi

Bu il bir ilkə imza atan Bayrampaşa Bələdiyyəsi “Bərəkət Konvoyu” fəaliyyətinin 12-ci ilində Serbiyanın paytaxtı Belqradda 2 min müsəlmana iftar verdi.

“Din.az” xəbər verir ki, 12 ildir “Qardaşlıq sərhəd tanımaz” şüarlı “Bərəkət Konvoyu” ilə Balkanlarda yüzlərlə iftar süfrəsi gerçəkləşdirən Bayrampaşa Bələdiyyəsi Ramazan proqramına bu il ilk dəfə Serbiyanın paytaxtı Belqradı da daxil edib.

“Bərəkət Konvoyu”nun iftar proqramı ilə Belqradda 150 ildən sonra ilk dəfə azan səsi eşidildi. Azandan sonra minlərlə müsəlman birlikdə iftar etdi. İftar proqramına Bayrampaşa Bələdiyyəsinin sədri Atila Aydıner, səfirlər, din və dövlət adamları ilə birlikdə çoxlu sayda yerli sakinlər də qatılıb.

Tədbirdə çıxış edən bələdiyyə sədri Atila Aydıner dostluğa, qardaşlığa və sülhə mane olan bütün sərhədləri aradan qaldırdıqlarını və əsirlər sonra Belqradda ilk iftar proqramını təşkil etdiklərini bildirdi.

belgrad-bereket

bereket-konvoyu-belgrad-da-8526712_x_o

bayrampasa-belediyesinin-bereket-konvoyu-12-yilinda-sirbistanin-001

bayrampasa-belediyesinin-bereket-konvoyu-12-yilinda-sirbistanin-002

2091898_7

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top