Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Belqradda 1500 mühacir soyuqda qalıb

“700 nəfər insan istilik sistemi olmayan çadırlarda yaşayırlar”.

Balkan dövlətlərinin dondurucu soyuq havası mühacirlərin əzabına əzab qatıb. 1500 mühacir temperaturun -15° olduğu Belqradda beton üzərində yatır, zibilləri toplayıb yandıraraq isinməyə çalışırlar.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kəskin soyuqlar nəticəsində Bolqarıstanda iki iraqlı və bir somalili, Yunanistanda isə bir əfqan mühacirin donaraq öldüyü bildirilib.

1346696_d41309746b202b7ae59786878d005a1d_640x640

Serbiyanın paytaxtı Belqradda müxtəlif səbəblərə görə düşərgələrə yerləşə bilməyən minə yaxın mühacir fəaliyyətsiz zavodların ərazisində -20 dərəcə soyuqda yaşayırlar.

BMT-nin Mühacirlərlə İş üzrə Ali Şurasının mətbuat katibi Adrian Edvard vəziyyətin çox ağır olduğunu bildirərək deyib:

“Xüsusən Sisam, Saqqız adası və Midillidəki vəziyyət bizi çox narahat edir. Sisam adasında aralarında kiçik uşaqların və möhtac insanların olduğu, təxminən 700 nəfər insan istilik sistemi olmayan çadırlarda yaşayırlar”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...