Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Benyamin Netanyahu Con Kerriyə sərt cavab verdi

ABŞ dövlət katibi Con Kerri bütün yəhudiləri qəzəbləndirdi.

İsrail münaqişənin həllini fələstinlilərlə birbaşa danışıqlarda görür və xarici liderlərin mühazirələrinə ehtiyac görmür.

 

“Din.az” APA-ya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Con Kerrinin tənqidinə sərt cavab verib.

Israel's Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting at his office in Jerusalem March 8, 2015. REUTERS/Gali Tibbon/Pool (JERUSALEM - Tags: POLITICS ELECTIONS HEADSHOT) - RTR4SHJI

“İsraillilərin xarici ölkə liderlərinin sülhün əhəmiyyəti barədə mühazirələrinə ehtiyacı yoxdur. İsrail ilk gündən qonşularına sülh təklif edərək əlini uzadıb. Minlərlə İsrail ailəsi sülh naminə qurban verib, o cümlədən mənim ailəm”, deyə B. Netanyahu bildirib.

perspektif-251_seite-8a

Onun sözlərinə görə, heç kəs İsrail xalqı kimi sülhü istəmir: “Biz münaqişənin birbaşa danışıqlar yolu ilə həllinə sadiq olaraq qalırıq. Misir və İordaniya ilə olduğu kimi. Bu siyasət daim həm İsrail, həm də ABŞ tərəfindən aparılıb”.

 

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Qüds həm İsrail, həm də  Fələstinin paytaxtı olmalıdır. O, həmçinin İsraili öz təhlükəsizliyini təmin etmək naminə Fələstin ərazilərinin işğalına son qoymağa çağırıb.

 

Qeyd edək ki, ötən gün Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ administrasiyasını ittiham edib. Qətnamədə İsraildən Fələstin torpaqlarında məskunlaşmaya son qoyması tələb edilir. BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...