Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Benyamin Netanyahu İranı təhdid etdi

“İran bu yaxınlaradək İsraili məhv edəcəyi ilə hədələyirdi”.

İsrailin baş naziri Benyamin Netanyahu İranı yeni F-35 qırıcıları ilə təhdid edib.

Din.az bildirir ki, B. Netanyahu bu barədə yeni F-35 qırıcılarının hərbi-hava donanmasını ziyarət edərkən bildirib.

“İran bu yaxınlaradək İsraili məhv edəcəyi ilə hədələyirdi. İran unutmamalıdır ki, bu təyyarələr İran və Suriya da daxil olmaqla, Yaxın Şərqdə istənilən mövqeyə çata bilər”, – İsrailin baş naziri vurğulayıb.

Qeyd edək ki, İsrail Yaxın Şərqdə 5-ci nəsil F-35 qırıcı təyyarələrin yeganə sahibidir. (Apa)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...