Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bərham Salih Roma Papasını Bağdada dəvət edib

Roma Papası Fransiski İraqa dəvət etdilər.

Vatikanın “L’Osservatore Romano” qəzetinin məlumatına görə, İraq Prezidenti Bərham Salih Roma Papası Fransiski Bağdada dəvət edib.

Din.az bildirir ki, Vatikanın dövlət katibi kardinal Pyetro Parolin Milad bayramında İraqın dövlət başçısı tərəfindən Bağdadın “Sülh sarayı”nda qəbul edilib.

Papanın dəvəti Ərbil şəhərində yerləşən “Gildani” kafedral kilsəsi tərəfindən dəstəklənib. Bildirilir ki, bu xüsusda “Yaşasın Roma Papası!” sədaları bir neçə dəfə səslənib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...