Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Berlində məscidə güllə və məktub göndərildi

Ramazan ayı öncəsi Qərb ölkələrində müsəlmanlara qarşı təhdidlər artır.

Almaniyanın paytaxtı Berlində Qazi Osmanpaşa məscidinə təhqir məzmununda məktub və bir güllə göndərilib.

Din.az bildirir ki, sözügedən məscidin rəhbəri Əli Şenel jurnalistlərə açıqlamasında son 3 həftədir ki, bu cür təhdidlə qarşılaşdıqlarını bildirib.

Şenel son olaraq güllənin də göndərilməsindən sonra ciddi narahatlıq yaşandığını və bununla bağlı polisə müraciət olunduğunu deyib.

Qeyd edək ki, hər Ramazan ayı öncəsi Qərb ölkələrindəki müsəlmanların ibadətxanalarına hücum və təhdidlərın sayı artır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...