Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bəşər Əsəd canlı yayıma çıxdı: YPG-yə xəbərdarlıq etdi

Bəşər Əsəd: “Suriyadakı yeganə problem YPG-dir”.

Suriya lideri Bəşər Əsəd ölkəsindəki yeganə problemin YPG olduğunu bildirərək, müzakirə yolu ilə nəticə əldə edilməsə, YPG-yə qarşı gücün tətbiq ediləcəyini deyib.

Din.az türk mediasına istinadən xəbər verir ki, Bəşər Əsəd uzun fasilədən sonra canlı yayıma çıxıb.

Amerika və Avropa tərəfindən dəstəklənən YPG-nin Suriyada yeganə problem olduğunu qeyd edən Əsəd yeni qarşıdurmaların yaşanacağı ilə bağlı xəbərdarlıq edib.

Əsəd YPG-nin Suriya torpaqlarını tərk etməli olduğunu bildirərək problemi həll etmək istədiklərini dilə gətirib:

“Suriyadakı yeganə problem YPG-dir. Müzakirələrlə nəticə əldə edilməsə, YPG-yə qarşı güc tətbiq edərək torpaqlardan çıxardacağıq. Xarici qüvvələr Suriyadakı hadisələrə müdaxilə etməsə problem həll olunacaq. Suriyada İran əsgərləri var və Suriya əsgərlərinə kömək edirlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...