Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bəşər Əsəd erməni din xadimi və deputatları ilə görüşdü

Bəşər Əsəd öz evində ermənilərlə görüşüb.

Suriya Prezidenti Bəşər Əsəd bu ölkədə yaşayan erməni icmasının katolikosu I Aramla görüşüb.

Din.az bildirir ki, görüşdə Əsəd Suriyanı tərk edən erməniləri öz vətənlərinə geri qayıtmağa çağırıb.

Görüş Bəşər Əsədin evində baş tutub. Tədbirdə Livan və Suriya ermənilərinin təmsilçiləri, Livanın erməni əsilli turizm naziri Avetis Kitanyan, Suriya parlamentinin deputatları Nora Arsiyan və Jirayr Risyan iştirak ediblər.

Rəsmi məlumata görə, 2011-ci ildə Suriyada müharibənin başlamasından bu günədək 70 min suriyalı erməni ölkəni tərk edib. Bunlardan təxminən 25 min nəfər Ermənistana gəlib.

Ermənistana köç edən ermənilərin müəyyən qisminin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirildiyi bildirilir. / virtualaz.org

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...