Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bəşər Əsəd iftarda görüntüləndi – FOTO

Uzun fasilədən sonra xalqın arasına çıxdı

c_9005Suriyada rejimin lideri Bəşər Əsəd aylar sonra Şam yaxınlığında yerləşən Marc Əl-Sultan kəndində əsgərlərlə iftar açarkən görüntülənib.

Suriyanın paytaxtı Şam yaxınlığında yerləşən bir kənddə döyüşən əsgərləri ziyarət edərək onlarla birlikdə iftar açan Bəşər Əsəd uzun müddətdən sonra ilk dəfə xalqın arasında görünüb.

c_6214_1

“Din.az” xəbər verir ki, SANA xəbər agentliyinin paylaşdığı şəkillərdə Əsəd bir qrup əsgərlə birlikdə iftar açır və müxalifət qüvvələri ilə döyüşən cəbhədəki əsgərlərlə söhbət edir.

Xatırladaq ki, Suriya lideri sonuncu dəfə yazın əvvəlində seçkilərdə səs qazanmaq üçün xalqın arasına çıxmışdı.

Daxili savaşlar 5-ci ilə girdi…

Ölkədə artıq 5 ildir ki, davam edən döyüşlər səbəbilə Suriyanın bir çox əraziləri hökumətin idarəçiliyində deyil. Belə ki, Suriyadakı savaşlardan dolayı torpaqları müxaliflər, terror qruplaşması İŞİD və kürdlər idarə edir. Yüz minlərlə insanın öldüyü daxili savaşlar zamanı ölkədən qaçanların sayı isə milyonları çoxdan keçib.

c_2268

c_7138_2

z_9020

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...