Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bəşər Əsəd: “Qərb kimyəvi silah mövzusundan ölkəni bombalamaq üçün bəhanə kimi istifadə edir”

“Bu, adətən Suriya ordusuna havadan zərbə endirmək üçün bəhanə kimi istifadə olunan şantajdır”.

Qərb Suriyada kimyəvi silahın tətbiqi mövzusundan ölkə ərazisinə havadan zərbə endirmək üçün bəhanə kimi istifadə edir.

Din.az xəbər verir ki, bunu Suriya lideri Bəşər Əsəd deyib.

“Bu, adətən Suriya ordusuna havadan zərbə endirmək üçün bəhanə kimi istifadə olunan şantajdır”, – deyə SANA agentliyi prezidentin sözlərini sitat gətirib.

Suriya hökuməti dəfələrlə bəyan edib ki, ölkədəki bütün kimyəvi silah ehtiyatları məhv edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...