Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bəşər Əsəddən ona “heyvan” deyən Trampa cavab

“Şəxs olaraq vecimə deyil. Çünki məsələyə siyasətçi, dövlət başçısı tərəfdən baxıram.”

Suriya prezidenti Bəşər Əsəd ölkəsində kimyəvi silahdan istifadə edilməsi ilə bağlı iddialara görə onu “heyvan” adlandıran ABŞ prezidenti Donald Trampa cavab verib.

Din.az xəbər verir ki, Yunanıstanın “Katimerin” qəzetinin müxbirinin suallarını cavablandıran dövlət başçısı ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı aprel ayının 13-dəki hərbi əməliyatından sonra ilk dəfə açıqlama verib.

“Əgər hər hansı bir ölkənin liderisinizsə, öz əxlaq dəyərlərinizdən əvvəl, xalqın dəyərlərini təmsil edirsiz. Bu söz Amerikanın mədəniyyətini təmsil edib? Əslində, sualı belə qoymalı idiniz. Yox, məncə, təmsil etmir. Dünyada belə bir dildən istifadə edən toplumun olduğunu düşünmürəm. İkincisi də ki, Trampın özünü çox şəffaf şəkildə ifadə etməsi, həqiqətən, çox yaxşı bir şeydir. Şəxs olaraq vecimə deyil. Çünki məsələyə siyasətçi, dövlət başçısı tərəfdən baxıram. Burada vacib olan məsələ mənə, ölkəmə təsir edən məqamların olub-olmamasıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...