Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bəşər Əsədin həyat yoldaşı xərçəngə tutuldu – Foto

Əsma Əsəd bədxassəli süd vəzi xərçəngi səbəbiylə müalicəyə başlayıb.

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəddə bədxassəli süd vəzi xərçəngi aşkarlanıb.

Din.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının Tvitterdəki rəsmi hesabında məlumat verilib.

Əsma Əsəd və Bəşər Əsədin xəstəxanada birlikdə çəkilən fotosu paylaşılaraq aşağıdakı qeydlər yazılıb:

“Güc, etimad və inancla… Əsma Əsəd erkən diaqnozu qoyulan bədxassəli süd vəzi xərçəngi səbəbiylə müalicəyə başlayıb. Ona şəfa diləyirik”.

Qeyd edək ki, 2000-ci ildə ailə quran Bəşər və Əsma Əsəd cütlüyünün 3 övladı var. / Qafqazinfo.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...