Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bəşər tarixində ilk: İnsan geninə müdaxilə edildi

“Müdaxilə edilən embrionların 72 faizi xəstəlikdən xilas oldu”.

ABŞ alimləri insan embrionunda xəstəlik daşıyan genlərə müdaxilə etməyi bacarıb.

Din.az bildirir ki, Oreqon Sağlıq və Elm Universitetində aparılan araşdırma nəticəsində xəstəlik daşıyan DNA laboratoriya ortamında müdaxilə edilərək dəyişdirilib.

Prosesdə iştirak edən Şokrat Mitalipov DNA-nı molekulyar qayçı vasitəsi ilə təmizlədiklərini bildirib:

“Molekulyar qayçı vasitəsi ilə genin spesifik bölgəsinə müdaxilə edə bilirik. Belə ki, mutant genə çatıb, DNA-dan bir hissə götürürük. DNA-nın uzun ip kimi təsəvvür etsək, mutasiya olunmuş hissəni kəsib aradan qaldırırıq”.

Euronews-un yaydığı məlumatda isə bildirilib ki, müdaxilə edilən embrionların 72 faizi xəstəlikdən xilas olub. Bu təcrübənin körpələrdə istifadə edilməsi və mütləq uğurlu olacağı güman edilir.

Qeyd edək ki, BMT-nin Bioetika Komitəsi 2015-ci ildə çağırış edərək insan genlərinə müdaxilənin dayandırılmasını istəmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...