Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Beynəlxalq Müsəlman Birlikləri “ÇARƏ VAR” dedi

Share Button

İqtisadi və Sosial Araşdırmalar Mərkəzi İslam dünyasının problemlərinə həll tapmaq üçün bu il 25-incisi reallaşdırılan Beynəlxalq Müsəlman Topluluqlar Birliyi Konqresinin son günündə keçirilən iclasda “Çarə Var” başlığı ilə bir bəyannamə yayımlayıb.  Bəyannamənin tam mətni: Terror hücumları… Səbəbkarı kim olursa olsun günahsız insanları hədəf alan bütün terror hücumlarını şiddətlə lənətləməkləyirik. İslamın ülvi prinsiplərinə görə günahsız bir […]

İqtisadi və Sosial Araşdırmalar Mərkəzi İslam dünyasının problemlərinə həll tapmaq üçün bu il 25-incisi reallaşdırılan Beynəlxalq Müsəlman Topluluqlar Birliyi Konqresinin son günündə keçirilən iclasda “Çarə Var” başlığı ilə bir bəyannamə yayımlayıb. mtb

Bəyannamənin tam mətni:

Terror hücumları…

Səbəbkarı kim olursa olsun günahsız insanları hədəf alan bütün terror hücumlarını şiddətlə lənətləməkləyirik. İslamın ülvi prinsiplərinə görə günahsız bir canı qətl etmək, bütün insanlığı qətl kimidir. Özünün məqsəd və hədəflərinə nail olmaq üçün terroru bir vasitə olaraq istifadə edən irqçi imperializmini İslamın uca qanun və prinsipləri əsla təsdiqləməz. Terror, qüvvəti, haqlı olmağın səbəbini qəbul edən Qərb sivilizasiyasının məhsuludur. Qərblilər həm terroru, həm də terrorun istifadə etdiyi öldürücü silahları istehsal etməkdədir. Bu çərçivədə İslam Coğrafyasında yüz il əvvəl Sionist Sykes-Picot razılaşması, bu gün Genişləndirilmiş Orta Şərq Layihəsi ilə təkrar həyata keçirilməyə çalışılır. İslam ölkələrinin liderləri bu həqiqəti öncədən görmeli, Qərbin İslam coğrafiyasında tətbiqinə çalışmaq istədiyi “mədəniyyət içi qarşıdurma” tezisi ilə İslama qarşı İslam savaşının yaradılmasının qarşısını almalıdır.

İslamofobiya insanların günahıdır…

İslamofobiya kin və nifrəti yaymaqdadır; insanların günahıdır. İslamofobiya Sionizmin müsəlmanlara qarşı yönələn aqressiyasıdır. İslam dini başda olmaqla dinlərə edilən təhqirlər beynəlxalq hüquqda bir nifrət günahı olaraq qiymətləndirilməlidir. Bu mövzuda qarşıdurma deyil, sülh və həll yollarını tapmaq lazımdır.

Fələstində irqçi imperializmin zülmünü şiddətlə qınayırıq…

Fələstin torpaqlarının işğalı və Məscidi Əqsadakı insanlıq zülmü davam etməkdədir. Məscidi-Əqsa, eynilə Məscidül Haram və Məscidi Nəbəvi kimi bütün müsəlmanların ortaq müqəddəs dəyəridir. Müqəddəs şəhər Qüds, heç bir şəkildə müsəlmanların varlığından ayrı tutula bilməz. Qüds gözətçisi Raid Salah və günahsız fələstinlilərə qarşı irqçi imperializmin despot rəftarı və zülmünü şiddətlə qınayırıq.

Misirdə İhvan idarəçiləri sərbəst buraxılmalıdır…

Misirdə işğalçı hökumət təzyiqlərini davam etdirməkdə və günahsız insanları təmiz vicdanların qəbul etməyəcəyi haqsız şəkildə edama məhkum etməkdədir. 25-ci Müsəlman Topluluqlar Konqresinə qatılan bütün nümayəndələr, Misirdə haqsız yerə edama məhkum edilən müsəlmanların bir an əvvəl hüquqlarının qaytarılmasını gözləyir.

Banqladeş Camaati İslami idarəçilərinə edamı qınayırıq…

Bangladeşdə Camaati İslamiyə rəva görülən təzyiq və haqsızlıqlar, bundan başqa Motiur Rəhman Nizaminin və Qulam Azzam, Abdülkadir Molla, Məhəmməd Kamaruzzaman, Ali İhsan Məhəmməd Mücahidin edamlarını şiddətlə qınayırıq.

Afrikada imperialist siyasətə son verilməlidir…

Başda Orta Afrika olmaq üzrə bütün Afrikada müsəlmanlara qarşı yönələn hücumlara bir an əvvəl son verilməsi üçün bütün qurum və təşkilatlar hərəkətə keçməlidir. Şimali və Cənubi Sudan arasındakı ixtilafların həll edilməsində tərəflərin konstruktiv rol oynamaları lazımdır. Başda Nigeriya, Mali və digər Afrika ölkələrində imperialistlərin müstəmləkəçi siyasətlərinə son verilməlidir.

esam-2

Araka, Nepal, Moro, Şərqi Türkistan müsəlmanlarına sahib çıxılmalıdır…

Arakanda müsəlmanların uğradığı soyqırım şiddətlə qınanılmaqdadır. İslam ölkələri və insan haqqlarından söz edən hər kəs məsələnin həlli mövzusunda hərəkətə keçməlidir. Mayanmardakı yeni hökumət Rohingya müsəlmanlarının şəxsiyyətlərinin tanınması və təməl insan hüquqlarının qaytarılması bir an əvvəl təmin edilməlidir. Nepalda müsəlmanlara qarşı tətbiq edilən təzyiqlərin aradan qaldırılması üçün İslam Əməkdaşlıq Təşkilatının səy göstərməsi tövsiyə edilmektedir. Moro İslami Qurtuluş Cəbhəsinin (MILF) iştirakıyla Filippin hökuməti ilə aparılan sülh prosesi dəstəklənməli, İslam ölkələrindən də lazımi dəstək təmin edilməlidir. Çinin Şərqi Türkistanda məskunlaşan müsəlmanlar üzərindəki təzyiqin aradan qaldırılması lazımdır. Çin, bu məsələnin başqa ölkələr tərəfindən müdaxilə edilməsinə icazə verməmək üçün Çindəki müsəlmanların çinlilərin sahib olduğu eyni hüquqlara sahib olması lazımdır.

İslam ölkələri iqtisadi birlik qurmalıdır…

İslam ölkələrinin iqtisadi baxımdan tam müstəqil olması üçün ədalətli gəlir bölgüsü təmin etməlidir. İşsizlik problemini birlik halında çözmelidir. Gerçək inkişaf üçün coğrafi və bəşəri qaynaqlarımızı bir araya gətirəcək ortaqlıq sistemi inkişaf etdirilməli və hökumətlərin iqtisadi inteqrasiyaya dönük inkişaf siyasəti təşviq edilməlidir. Beynəlxalq aclığın qarşısını almaq üçün qurulan Dünya Qida Təşkilatı 70 ildir aclığın qarşısını ala bilməyib. Bu uğursuzluq təsadüf ola bilməz. Qlobal sistem çatışmacı xarakterindən başqa heç bir insanlıq problemini həll edə bilməz. Bu ancaq rəhbərlikdə “Tövhid və Ədalət”, iqtisadiyyatda isə “Haqq tərəfindən Paylaşım Nizamı” ilə təmin olunur.

25’inci-Uluslararası-Müslüman-Topluluklar-Kongresi

Etnik və məzhəb qarşıdurmalara son verilməlidir…

İslam cəmiyyətləri ancaq dövlətlər səviyyəsində bir araya gəlirsə birlik mümkün ola bilər. İrqçi imperializmə qarşı İslam dünyasının güclü olması üçün daim birlikdə hərəkət etməsi lazımdır. İslam dünyasındakı yerli, etnik və məzhəb qarşıdurmaları, imperialist güclərin İslam aləminin bir araya gəlməsinə maneə törətməsi fərq edilərək dayandırıla bilər. Bunun sayəsində, beynəlxalq sistemin, insan hüquqları, demokratiya, azadlıq kimi anlayışların müsəlmanların əleyhinə istifadə edilməsinin qarşısı alınmalıdır.

Türkiyə, İran və Pakistan məsələnin həllini tapmalıdır…

Liviya, Somali, Yəmən, İraq və Suriya daxilindəki  qarşıdurmaların bir an əvvəl sona çatması, ölkələrin birlik və bütövlüyünün qorunması üçün bütün müsəlmanların səy göstərməsi lazımdır. Türkiyə, İran, Pakistan və digər İslam ölkələri həll üçün səy göstərməli, müsəlman ölkələri bir araya gələrək öz prinsiplərinə əsasən hərəkətə keçərək həll yollarını tapmalıdır.

Kəşmir və Dağlıq Qarabağ məsələlərinə həll tapılmalıdır…

Kəşmir və Dağlıq Qarabağ məsələsi, İslam dünyasının xronikiləşmiş problemlərindən biridir. Bu son böhranda başda İİT (İslam Əməkdaşlıq Təşkilatı) olmaq üzrə, Türkiyə, Türkmənistan, Qazaxıstan və Pakistanın Kəşmir və Azərbaycan üçün qoyulan güclü dəstək, İslam dünyasının bu cür böhranlara laqeid qalmayacağının əhəmiyyətli göstəricilərindən biridir. İslam dünyası bu prosesi dəstəkləyir.

Kipr milli davadır…

Kipr, yalnız Türkiyənin deyil, İslam dünyasının da bir məsələsidir. Kipr Hz. Peyğəmbərin (s.a.s) bizə bir əmanətidir. Kipr, bütün İslam dünyasını əhatə edən milli bir davadır və ondan imtina edilə bilməz.

Krım tatarları Ana Vətənlərində hüzurla yaşaya bilməlidir…

Krım Muxtar Rəhbərliyinin Rusiya tərəfindən işğalı qəbul edilə bilməz. Krım tatar müsəlmanlarının öz ana vətənlərində azad bir şəkildə yaşamaları təmin edilməlidir.

2017-ci ildə QADINLARA XÜSUSİ TOPLANTI QƏRARI…

Siyasi təcrübə və fikri mübadiləsi baxımından qadınlar, bir mənəvi inkişaf faktı olaraq, qurulmaq istənən ədalət, sülh və əmin-amanlıq gətirəcək yeni dünyanın təşkilat səmasında mütləq yerini almalıdır. 2017-ci ilin Beynəlxalq Müsəlman Topluluqlar Birliyi Qadın Təşkilatları konfransının keçirilməsi barəsində tövsiyə qərarı alınmışdır.

PROBLEMİN HƏLLİ YOLLARI…

Ölkələrimizdə və dünyada sülh, əvvəlcə müsəlmanların birliyi ilə təmin edilməlidir. Fərqliliyimizlə deyil, öz inancımız və dəyər ölçülərimiz ətrafında birləşərək yenidən qardaş olma şüuru əldə edilmelidir. Mezhepçilik və həddindən artıq məcburi şərhlərə söykənən dini anlayışların yaratdığı qarşıdurmalar, şiddət və xaos atmosferi qəbul edilə bilməz. İslam coğrafiyasında sülh, ancaq müsəlmanların öz aralarında birlik yaratmaları ilə həyata keçirilə bilər.

Haqq və Ədalət ox ətrafında fırlanan “Yeni Bir Dünya” yenidən inşa edilməlidir. Qlobal yardımlaşma və həmrəyliyi əsas qəbul edən haqq və ədalət mərkəzli yeni bir dünyanın yaradılmasında Tövhid və ədalətə inanan və peyğəmbərləri rəhbər tutan müsəlmanlar aktiv rol oynamalıdır.

Müsəlmanlar aralarındakı problemləri qarşıdurma və ya müharibə yolu ilə deyil, sülh və qardaşlıq hüququ ilə çözmelidir. Qardaş müsəlman ölkələr arasında hakimlik və vasitəçilik edəcək bir mexanizm yaradılmalıdır.

İnkişaf etməkdə olan Səkkiz Ölkə (D-8) Təşkilatı, yer üzündə istismarı, ədalətsizliyi, bərabərsizliyi və təzyiqi qaldırmaq üçün qurulmuş qlobal bir sülh və həmrəylik təşkilatıdır. D-8 Təşkilatı, bütün insanların dünyanın nemətlərindən ədalət ölçüləri daxilində  birlikdə faydalanmalarını qarşısına məqsəd qoymaqdadır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir