Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Bəzən bu məzarlara gələn gül-çiçək şəhid məzarına gəlmir”

“Mənəvi dəyərlərin yaşadılması, gələcək nəsilərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir”.

Arzu Nağıyev: “Dövlətin mənəvi dəyələrimizin təbliği ilə bağlı atdğı addımlar hər kəsə nümunədir”

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış politoloq və media mütəxəssisi Arzu Nağıyev Mənəvi Dəyərlərin Təbliği Fondunun tədbirində səsləndirib. A.Nağıyevin sözlərinə görə, dövlətin mənəvi dəyərlərimizin qorunması və təbliğinə verdiyi diqqət hər kəs üçün nümunə olmalıdır:

“Dövlətimiz bu məsələyə mühüm diqqət yetirir. Milli musiqimizin, rəqslərimizin, muğamımız təbliği buna nümunədir. Lakin təəssüflər olsun ki, bəzən cəmiyyətdə mənəvi dəyərlərimizə zidd olan kənar meyillər də hiss olunur. Məsələn, bəzən elə şəxslər olur ki, cinayətkar məzarına şəhid məzarından daha artıq diqqət yetirir. Bəzən onların məzarına gələn çələng, gül-çiçək şəhid məzarına gəlmir. Halbuki, mənəvi dəyərlərimiz bizə şəhid məzarına daha artıq hörmət və ehtiram bəsləməyi tələb edir. Şəhdilərimizin dövlət bayrağımıza bükülərək son mənzilə yola salınması da dövlətimizin şəhidlərə olan sonsuz sevgi və ehtiramının göstəricisidir. Dövlətin mənəvi dəyərlərimizə, şəhidlərimizə münasibəti hər kəs üçün örnək olmalı, yanlış meyillərin qarşısının alınmasında cəmiyyətimiz, insanlarımız və eləcə də media səylərini gücləndirməlidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...