Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bəzən dini bayramlar vasitəsilə radikal ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir – Mənəvi Dəyərlərin Təbliği Fondu

“Qurban ətini yoxsul insanlara paylamaq Qurban bayramının daha şəfqətli tərəfidir”.

Qurban əti kəsilərkən bayramın mahiyyətinə daha çox fikir verilməlidir.

Din.az bildirir ki, bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Qurban əti kəsilərkən ətin çox hissəsini insan özündə saxlamamalı və ya qohumlara paylamamalıdır. Qurban ətini yoxsul insanlara paylamaq Qurban bayramının daha şəfqətli tərəfidir:

“Təəssüf ki, bəzən dini bayramlar vasitəsilə radikal ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir. Bu, qeyri- ənənəvi prosesdir. Bu baxımdan, bayramların mahiyyətini saxlamalıyıq. Müasir dövrdə dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Amma hər birimiz fərd olaraq bu bayramların mahiyyətindən uzaqlaşmalı deyilik. Fikirləşməyək ki, Qurban bayramı üçün ət kəsdim, işim bitdi. Bu bayramlar ona görə keçirilir ki, insanlar bir-birilərinə əl tutsun, bir-birinə qarşı laqeyid olmasınlar”. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...