"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
gunduz_ismayilov_131214_341

“Bəzən dırnaqarası şeyxlərin, din xadimlərinin verdikləri fətva İslam dini kimi təqdim edilir”

Share Button

Dini komitənin sədr müavini 19 və 21-ci ərslərdə yaşayan dindar ailələrin fərqindan danışdı

“Məmməd Əmin Rəsulzadənin atası axund idi, Əli bəy Hüseynzadənin babası isə Şeyxülislam olub.”

“Din.az” xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyanlar, bunu məfkurə olaraq yaradan insanlar ruhani ailəsindən çıxmışdılar: “Ruhani, dindar bir ailədən çıxmış azərbaycanlılar dini məfkurəmizin, dövlətçiliyimizin baniləridir. Bu gün isə dindar kəsimdən çıxmış bəzi insanlar, əksinə, dünyəviliyimizin müxalifləridir. Necə ola bilər ki, 19-cu əsr ruhanisinin evindən bu cür ziyalılar çıxır, 21-ci əsr Azərbaycan dindarının evindən dövlətini istəməyən, dünyəviliyə qarşı çıxan insanlar çıxır? Təəssüf ki, müəyyən dindar insanlar var ki, onların hədəfində konkret şəxslər deyil, məhz elə dünyəvilik olur. Halbuki bizim üçün dindar olub-olmamasından asılı olmayaraq hər kəsin mehriban, bərabər hüquqda, ədalətli, dostcasına, qardaşcasına yaşaya biləcəyi bir cəmiyyət qurmaq əsas hədəfdir”.

G.İsmayılov qeyd edib ki, bəzən mətbuatda dırnaqarası şeyxlərin, din xadimlərinin verdikləri fətva İslam dini kimi təqdim edilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top