Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BƏZİ DÖVLƏTLƏR AZƏRBAYCANDA DİNİ VƏ MƏZHƏB AYRI-SEÇKİLİYİ SALMAQ İSTƏYİR

“Bəzi dövlətlər Azərbaycanın daxili işinə qarışır”.

Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər.

Din.az “A24.az”a istinadən xəbər verir ki, bunu “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, bəzi dövlətlər Azərbaycanın daxili işinə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik salmaq istəyirlər: “İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb”.

QMi sədri bildirib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: “Bu yaxınlarda Azərbaycan Prezidentinin sərəncamı ilə dini icmalara maliyyə yardımı göstərildi. Ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir və bu siyasət öz bəhrəsini verir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...