Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bəzi ərəb ölkələrində Tunis prezidentinin ölümü ilə əlaqədar matəm günü elan edilib

Tunisin özündə prezidentin ölümünü xalq yeddi gün matəm kimi qeyd edəcək.

Tunis prezidenti Beji Kaid əs-Sebsinin ölümü ilə əlaqədar bəzi ərəb ölkələrində matəm elan olunub.

Din.az xəbər verir ki, Misir prezidenti Abdul Fəttah əs-Sisi ölkədə üç gün matəm elan olunduğunu bildirib.

Bundan başqa Əlcəzair, Fələstin, İordaniya, Livan və Liviya liderləri də ölkədə üç günlük matəm elan ediblər. Tunisin özündə isə prezidentin ölümünü xalq yeddi gün matəm kimi qeyd edəcək.

Konstitusiyaya əsasən, dövlət rəhbəri vəzifələrini müvəqqəti olaraq parlament spikeri Məhəmməd ən-Naser icra edəcək. Mərhum prezidentin dəfni isə şənbə günü baş tutacaq. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...