Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Qaynar Xəbərlər

Bəzi radikallar insanların inamından sui-istifadə edir

Share Button

Şirvanda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində seminar təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İntellekt” Uşaq və Gənclərə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində Milli QHT Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində gənclərin və yeniyetmələrin iştirakı ilə seminar təşkil olunmuşdur. 

“Din.az” xəbər verir ki, seminarda gənclərlə yanaşı şəhərin dini icmasının üzvləri də iştirak etmişlər. Seminarı layihə rəhbəri Əli Mirzəyev aparmışdır.

Qeyd olunmuşdur ki, ölkəmizdə dindarların və dini icmaların öz dini mərasimlərini lazımi qaydada icra etmələri üçün hər cür şərait yaradılır. Azərbaycan hökümətinin rəhbərliyi bütün kütləvi dini mərasimlərdə iştirak edirlər. Gənclər də bu mərasimlərdə fəal iştirak edirlər.

Lakin bəzi radikal dini cərəyanlar və ya radikal insanlar ölkədəki tolerant vəziyyətdən, insanların inam və etimadından sui-istifadə edərək onları radikal addımlar atmağa təhrik edirlər. Seminarda qeyd olunmuşdur ki, gənclər xüsusilə ayıq olmalı və belə məqamlarda öz vətəndaşlıq mövqeyini ortaya qoymalıdırlar.

Seminarda təşkilatın sədri R. Abbasov iştirak etmişdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir